×
A
A
A
Sazlamalar

Ötən il Şirvan şəhərində 224,3 min ton əmtəəlik neft istehsal edilib

Şirvan, 1 mart, AZƏRTAC

Ötən il Şirvan şəhəri üzrə 224,3 min ton əmtəəlik neft, 5,3 milyon kubmetr əmtəəlik qaz və 5 milyard 599 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şirvan şəhərində “2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair keçirilən tədbirdə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov məruzəsində bildirib.
O qeyd edib ki, 2023-cü ildə şəhər üzrə ümumi məhsul buraxılışı 807 milyon 413 min manat, sənaye sahələrində məhsul istehsalı 538 milyon 27 min manat təşkil edib. Əsas kapitala 107 milyon 263 min manat vəsait yönəldilib ki, onun da 101 milyon manatı və ya 94,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Nəqliyyat müəssisələri tərəfindən 385,0 min ton yük, 28 milyon 578 min nəfər sərnişin daşınıb. “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində ümumi sahəsi 2,3 hektar olan sayca 4-cü və 5-ci nümunəvi məhəllədə, Hacıqəhrəmanlı qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsində sahəsi 750 kvadratmetr olan istirahət guşəsində abadlıq işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Regionlar 2024-03-01 15:06:00