×
A
A
A
Sazlamalar

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Siyəzən, 8 may, Elxan Yusifli, AZƏRTAC
Yenidənqurma işləri ilə əlaqədar Siyəzən rayonunun 5 kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yaşma–Siyəzən” ortatəzyiqli qaz kəmərinin Siyəzən ərazisində yerləşən hissəsində qaz xətti üzərində RDQ-150 tipli qaztənzimləyicinin quraşdırılması ilə əlaqədar mayın 8-i saat 10:00-dan etibarən qaz kəməri ilə qaz təchizatı məhdudlaşdırılıb.
İşlər görülən müddətdə, ümumilikdə 496 abonenti əhatə edən Siyəzən rayonunun Zarat, Candahar, Qalaşıxı, Beşdam və Siyəzən (Qara Siyəzən) kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Regionlar 2024-05-08 11:16:00