Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib
Şəki, 19 may, Mustafa Dadaşov, AZƏRTAC
Mayın 19-da ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 8227 məktəbli iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə regional təhsil idarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Qurumun əməkdaşı bildirib ki, monitorinq tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub. Şagirdlərə tədris dili fənni üzrə 25 qapalı, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılmasına 150 dəqiqə vaxt ayrılıb.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Xatırladaq ki, mayın 18-də IV sinif şagirdləri üçün keçirilən monitorinqdə isə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 8172 məktəbli iştirak edib.
Göyçayda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib
“DOST Evi”nin benefisiar və əməkdaşları Qəbələ Dövlət Tarix Bədii Qoruğunda olublar
Şəki Dövlət Dram Teatrı məktəblilərə yeni tamaşa təqdim edib
AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var