×
A
A
A
Sazlamalar

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

Naxçıvan, 8 may, AZƏRTAC

Yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət strukturlarında, ümumilikdə, 13 min 4 nəfər qəbul edilib. Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim edilməsi, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 17 min 196 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə çoxdur.
AZƏRTAC-ın Naxçıvan bürosu Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, cari ilin yanvar-aprel aylarında vergi ödəyicilərinə 193 min 234 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 35 görüş keçirilib, 227 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 1749 müraciət üzrə 3206 “Asan İmza” sertifikatı verilib.
Bu ilin 4 ayında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 12136 şəxs qəbul edilib və onlara 16 min 184 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xidmət strukturları tərəfindən göstərilən xidmətərin sayından 1,6 dəfə çoxdur.

Regionlar 2024-05-08 11:03:00