×
A
A
A
Sazlamalar

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Şamaxıda vətəndaşları qəbul edəcək

Bakı, 29 fevral, AZƏRTAC

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev martın 6-da, saat 10:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-326-34-34) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2024-02-29 13:26:00