×
A
A
A
Sazlamalar

Naxçıvanda istehlaka yararsız qida məhsullarının satışının qarşısı alınıb

Naxçıvan, 8 may, AZƏRTAC

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində fəaliyyət göstərən ərzaq mağazasında aparılan plandankənar yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edilib.
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, həmin mağazada mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı və yararlılıq müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Faktla bağlı sahibkar barəsində protokol tərtib olunub.
İstehlaka yararsız məhsullar satış dövriyyəsindən kənarlaşdırılaraq məhv edilməsi barədə müvafiq qərar qəbul edilib və proses mayın 8-də həyata keçirilib.

Regionlar 2024-05-08 16:57:00