×
A
A
A
Sazlamalar

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı, 29 fevral, AZƏRTAC
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov martın 6-da saat 10:00-da Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı mərkəzləri”nə, eyni zamanda, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-576-19-41) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Regionlar 2024-02-29 11:35:00