Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar
Lənkəran, 8 may, AZƏRTAC
Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8 min ABŞ dolları və 930 min rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində, Rövşən Nuruşov isə Saatlıda saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu R.Əkbərov verib.
Araşdırmalar davam etdirilir.
Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
Ağsu dolaylarında asfalt çöküb VİDEO
Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB