×
A
A
A
Sazlamalar

Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı müəyyən edilərək dərhal dayandırılıb.
AZƏRTAC Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla bağlı komitə tərəfindən şəhərsalma nəzarəti qaydasında aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə məlumat verilərək qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi barədə müraciət edilib.
Komitənin Baş İdarəsi tərəfindən dayandırılan və nəzarətə götürülən qanunsuz tikili ilə bağlı söküntü işləri artıq başlanılıb.

Tikinti̇ 2023-08-22 17:52:00