×
A
A
A
Sazlamalar

AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən respublika ərazisində son həftə ərzində -avqustun 15-dən 21-dək olan müddətdə görülən təmir-bərpa və digər işlərlə bağlı məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddətdə piyada keçidində aparılan təmir-bərpa işləri davam edir, yollarda təhlükə törədən qurumuş budaq və ağacların kəsilməsi prosesinə başlanılıb.
Həmçinin Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçirilib.

Tikinti̇ 2023-08-21 12:45:00