Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
Bakı, 17 avqust, AZƏRTAC
Bu ilin ikinci rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksi birinci rüb ilə müqayisədə 101,3 faiz, o cümlədən yerüstü tikililər üzrə 101,3 faiz, yol və körpü tikintisi üzrə isə 101,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində yaşayış evləri üzrə qiymət indeksi 101 faiz, sosial təyinatlı binalar üzrə 100,7 faiz, sənaye obyektləri üzrə isə 104,9 faiz olub.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb