×
A
A
A
Sazlamalar

Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 16 avqust, AZƏRTAC

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 38,6 milyon manatı (91,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Fransa, Yaponiya, Rusiya, İsveçrə və Norveç sərmayədarlarına məxsus olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, 2023-cü ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 80,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,3 faizini əsaslı təmir, 8,2 faizini cari təmir, 5,3 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.


Tikinti̇ 2023-08-16 12:20:00