×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 56,9 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 16 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 40,5 faizi sənaye, 31,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 16,4 faizi tikinti, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində həmin vəsaitin 2,4 faizi informasiya və rabitə, 1,3 faizi dövlət idarəetməsi və müdafiə, 1,1 faizi maliyyə və sığorta fəaliyyəti, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi təhsil, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, istirahət, əyləncə və incəsənət sahələrinə sərf edilib.

Tikinti̇ 2023-08-16 10:59:00