×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 599,8 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 15 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 599,8 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 19,1 faiz artım, metallurgiya sənayesi məhsullarının istehsalında isə 31,1 faiz azalma müşahidə edilib.
Həmin dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan digər məmulatların istehsalı 64,8 faiz artıb, metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 28 faiz, armatur istehsalı isə 36,7 faiz azalıb.

 

Tikinti̇ 2023-08-15 12:00:00