Cari ilin 6 ayında tikinti gipsinin istehsalı 96,2 faiz artıb
Bakı, 17 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 494,6 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində tikinti gipsinin istehsalı 96,2 faiz, əhəng istehsalı 52,8 faiz, tikinti şüşəsinin istehsalı 21,7 faiz, beton istehsalı isə 14,9 faiz artıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb