×
A
A
A
Sazlamalar

Altı ayda əsas kapitalın 62,3 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 15 iyul, AZƏRTAC

2023-cü ilin yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 45 faizi sənaye, 25,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 17,3 faizi tikinti, 3,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi informasiya və rabitə, hər birində 1,2 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrinə ayrılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu dövrdə həmin vəsaitin 1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,5 faiz olmaqla təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət, inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

 

Tikinti̇ 2023-07-15 16:49:00