×
A
A
A
Sazlamalar

Yanvar–iyun aylarında ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib

Bakı, 15 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binaları, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, Cəbrayıl rayonunda “Cəbrayıl” qovşaq elektrik yarımstansiyası, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC, Füzuli rayonunda Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə Füzuli-Hadrut avtomobil yolu, Xocavənd rayonunda Rəqəmsal İdarəetmə Mərkəzi, “Hadrut” qovşaq elektrik yarımstansiyası, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, Kəlbəcər rayonunda hərbi hospital, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları, Laçın rayonunda “Qorçu” elektrik yarımstansiyası, “Laçın” şəhər elektrik yarımstansiyası, Neftçala rayonunda Neftçala Olimpiya İdman Kompleksi, Salyan rayonunda “Asan xidmət” Mərkəzi, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzi, Tərtər rayonunda Talış Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu, Şuşa rayonunda Zarıslıçay nasos stansiyası, Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi, Şuşa Otel Konqres Mərkəzi Kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Milli Xalça Muzeyinin Şuşa filialı, Mehmandarovların malikanə kompleksi və digər mühüm əhəmiyyətli obyektlər də istifadəyə verilib.

Tikinti̇ 2023-07-15 16:35:00