×
A
A
A
Sazlamalar

Xocəsən–Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı, 24 iyun, AZƏRTAC

Piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət 8 saatlıq məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, Xocəsən-Lökbatan avtomobil yolunun 2-ci kilometrində yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq iyunun 26-sı axşam saat 22:00-dan iyunun 27-si saat 06:00-dək yolun həmin hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələri xahiş olunur.

Tikinti̇ 2023-06-24 15:46:00