×
A
A
A
Sazlamalar

Tikinti materiallarının istehsalı 18,8 faiz artıb

Bakı, 16 iyun, AZƏRTAC

2023-сü ilin yanvar-may aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 402,2 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2 faiz, tikinti şüşəsinin istehsalı 29,7 faiz, beton istehsalı isə 21,7 faiz artıb.

 

Tikinti̇ 2023-06-16 10:24:00