×
A
A
A
Sazlamalar

Paytaxtın bəzi yollarında xətlənmə işləri aparılır VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə Zağulba prospekti, Mərdəkan şosesi, Heydər Əliyev prospekti və Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi və zəruri yerlərdə yol nişanlarının dəyişdirilməsi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin işlər iyunun 18-dək davam edəcək.
Qeyd olunub ki, işlər gündüz saat 10:00-dan 17:00-dək, gecə saat 23:00-dan 05:00-dək icra olunur. Bu səbəbdən həmin ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldilir.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddətlərdə bu yollarda hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2023-06-13 10:48:00

Video