×
A
A
A
Sazlamalar

AAYDA tərəfindən həftə ərzində görülən işlər barədə məlumat açıqlanıb

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iyunun 5-dən 12-dək respublika ərazisində yol infrastrukturunun təmiri və bərpası sahəsində həyata keçirilən işlərlə bağlı məlumat yayılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində “Heydər Əliyev 100 il ” adlı jurnal işıq üzü görüb, Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub, Qax rayonu ərazisində gecə saatlarında bir-neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb, İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları və lil təmizlənərək hərəkət bərpa olunub.
Eyni zamanda, Qəbələ rayonunun Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin edilib, İsmayıllıda bir-neçə kənd yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb, Qax rayonunun Qaşqaçay və Armudlu kəndləri arasında hərəkət bərpa olunub, Məlcək-Mirikənd-Qaravəlli avtomobil yolunun yenidən qurulması işləri davam edir, eləcə də Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunur.


 

Tikinti̇ 2023-06-12 12:46:00