×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 4 ayda 324,2 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 18 may, AZƏRTAC

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində cari ilin yanvar-aprel aylarında 324,2 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 6,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 41,4 faiz azalma müşahidə edilib.
Bu ilin yanvar-aprel aylarında metallurgiya sənayesi üzrə polad tökmə istehsalı 34,7 faiz, armatur istehsalı 47,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 48,4 faiz azalıb.

Tikinti̇ 2023-05-18 19:12:00