×
A
A
A
Sazlamalar

Ulu Öndərin xatirəsi Lənkəranda da anılır

Lənkəran, 10 may, İlkin Adıyev, AZƏRTAC

Lənkəran ictimaiyyəti gün ərzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Lənkəran Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının şəxsi heyəti, hərbi qulluqçular, idarə və müəssisələrin kollektivləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və geniş ictimaiyyətin nümayəndələri Lənkəran şəhər Heydər Əliyev xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər güllər düzüb, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını ifadə ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotosərgiyə baxış keçirilib, Heydər Əliyev muzeyi ziyarət olunub və Ümummilli Liderin büstü önünə gül dəstələri düzülüb.
Gün ərzində Ulu Öndərin abidəsinin ziyarəti davam edir.

Regionlar 2023-05-10 14:05:00