×
A
A
A
Sazlamalar

Yanvar-martda inşaat işlərinin 74,9 faizini tikinti müəssisələri görüblər

Bakı, 19 aprel, AZƏRTAC

2023-cü ilin yanvar-mart aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 74,9 faizini tikinti, yenidənqurma və genişləndirmə, 14,1 faizini əsaslı təmir, 7,3 faizini cari təmir, 3,7 faizini isə digər tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 90,9 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 914,4 milyon manatı (96,7 faizi) Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.

Tikinti̇ 2023-04-19 17:25:00