×
A
A
A
Sazlamalar

Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb

Bakı, 30 mart, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb.
Konsert proqramı ilə davam edən tədbirdə unudulmaz xanəndənin repertuarından muğamlar, bəstələdiyi mahnı və təsniflər səsləndirilib.
Tanınmış incəsənət xadimləri və xanəndənin ailəsinin də iştirak etdiyi tədbirdə əslən Cənubi Azərbaycandan olan məşhur rəssam və xanəndə Vədud Müəzzin Əlibaba Məmmədovun özünəməxsus ustalıqla yaratdığı portretini ailə üzvlərinə hədiyyə edib.

Musiqi 2023-03-30 14:57:57