×
A
A
A
Sazlamalar

“Günəşə qovuşmaq istəyirəm mən” adlı konsert təşkil olunub

Bakı, 17 mart, AZƏRTAC

Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Günəşə qovuşmaq istəyirəm mən!” adlı konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Elegiya” adlı şeirindən “Günəşə qovuşmaq istəyirəm mən!” misrası ilə adlandırılan konsert proqramı alqışlarla qarşılanıb.
“Heydər Əliyev İli”nə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının foyesində açılan şagirdlərin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgidə balacaların Vətən və yurd sevgisini özündə əks etdirən yaradıcılıq nümunələri nümayiş olunub.
Konsertdə Regional İdarənin tabeliyində fəaliyyət göstərən Füzuli rayonunun Bakı şəhərində yerləşən Uşaq musiqi, incəsənət məktəblərinin, həmçinin Kürdəmir rayon Uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət ansamblın, xor və rəqs kollektivlərinin çıxışları, şagirdlərin ifasında səslənən bəstəkar və xalq mahnıları, eləcə də xarici ölkələrin musiqi nümunələri böyük maraqla izlənilib.

Musiqi 2023-03-17 14:58:15