Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətinə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bakı, 16 mart, AZƏRTAC
Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən yolötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, martın 24-ü səhər saat 6:00-dan 25-i gecə saat 24:00-dək tətbiq ediləcək.
Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində yan yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Ekspert: İnşaat sektorunun inkişafına təsir edən bir sıra amillər mövcuddur
İnşaat sektorunda yeni texnologiyaların tətbiqi günün reallığıdır - Açıqlama
Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsi təmir olunub VİDEO
AAYDA son həftə ərzində gördüyü işləri açıqlayıb
Tikinti sektoru üzrə sahibkarlığa effektiv dəstək dövlət siyasətidir - Açıqlama