×
A
A
A
Sazlamalar

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç Bakı səhnəsində

Bakı, 13 mart, AZƏRTAC

Aprelin 1-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Serdar Ortaç konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Qeyd edək ki, sənət aləminə 1994-cü ildə "Aşk için" albomu ilə daxil olan müğənni sevilən “Karabiberim” mahnısı ilə debüt edərək, uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı çıxış edən kişi sənətçi”, 2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqi 2023-03-13 11:43:43