BMA-da iki görkəmli bəstəkarın əsərləri səsləndirilib
Bakı, 11 mart, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli rus bəstəkarı Sergey Raxmaninovun 150 və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konsertdə Moskva Dövlət Konservatoriyası tərkibində Mərkəzi Musiqi Məktəbinin Fortepiano şöbəsinin müdiri, beynəlxalq müsabiqələr laureatı, pianoçu Mira Marçenko və tanınmış pianoçu Səidə Tağızadənin əsrarəngiz ifaları dinləyicilərdə xoş ovqat yaradıb.
Konsert çərçivəsində Sergey Raxmaninovun fortepiano üçün suitaları (N.1 və N.2) və Qara Qarayevin "Don Kixot" simfonik qravürləri, "Yeddi gözəl" baletindən "Gözəllər gözəli" əsərləri pianoçuların ifası musiqisevərlərin könlünü oxşayıb, konsert proqramı maraqla qarşılanıb.
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
“Şərq musiqisinin peyğəmbəri” - Cabbar Qaryağdıoğlu haqqında videoçarx hazırlanıb