×
A
A
A
Sazlamalar

Bakıda “Gürcüstan əfsanələri” milli rəqs şousu təqdim olunacaq

Bakı, 28 fevral, AZƏRTAC

Mayın 22-də Heydər Əliyev Sarayının səhnəsində “Gürcüstan əfsanələri” milli rəqs şousu təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a Sarayın mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, “Gürcüstanın əfsanələri” şousu ultramodern texnologiyalardan istifadə etməklə həyata keçirilən ən uğurlu musiqi-xoreoqrafik tamaşalardan birinə çevrilib. Dünya mətbuatının yazdığına görə, gürcü artistləri Almaniya, İsveç, İngiltərə, ABŞ, Yaponiya, Kanada, Çin - beş qitədə 50-dən çox ölkənin tamaşaçıları alqışlayırdılar.

Musiqi 2023-02-28 11:48:11