×
A
A
A
Sazlamalar

“Aida” operası yenidən Akademik Opera və Balet Teatrının səhnəsində

Bakı, 24 fevral, AZƏRTAC

Fevralın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində italyan bəstəkar C.Verdinin “Aida” operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşada Aida obrazını Əməkdar artist Afaq Abbasova canlandıracaq. Digər rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əməkdar artist Səbinə Vahabzadə, solistlər Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrının solisti Tuncay Kurtoğlu və Almaniyanın Manheym Milli Operasının solisti İrakli Kaxidze ifa edəcəklər.
Unudulmaz operaların müəllifi olan Cüzeppe Verdinin "Aida" operası qədim Misir sərkərdəsi Ramadeslə, hökmdar qızı Aidanın sevgi uğrunda apardıqları mübarizəyə həsr olunur.
Tamaşanı Əməkdar artist dirijor Əyyub Quliyev idarə edəcək.
Biletlər teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

Musiqi 2023-02-24 12:46:56