×
A
A
A
Sazlamalar

“Yaddaş#2” proqramı Xocalı faciəsinin ildönümünə həsr olunub

Bakı, 23 fevral, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində Cadenza orkestrinin “Yaddaş#2” adlı proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin ildönümünə həsr olunan konsertdə orkestrin ifasında Orxan Həşimov “Piano və solo üçün violin”, Fərhəng Hüseynov “Stabat Mater”, Qalib Məmmədov “Simli kvartet”, Ayaz Qəmbərli “Miniatür”, Tahir İbişov “Epitafiya” və Azər Hacıəskərlinin “ 613.1992” əsərləri səsləndirilib.
Cadenza orkestrinin təşkil etdiyi proqram Xocalı soyqırımını sənətin dili ilə də təqdim edib. Bəstəkarların əsərlərində hüzn, kədər, qəm-qüssə intonasiyalarla yanaşı, mübarizə ruhu və düşməni məğlub edərək Qələbəmizə inam hissi öz əksini tapıb.

Musiqi 2023-02-23 14:08:21