×
A
A
A
Sazlamalar

Gənc ifaçı Almaxanım Əhmədli ilk böyük solo konsertinə hazırlaşır

Bakı, 22 fevral, AZƏRTAC
Mayın 29-da Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk böyük solo konserti keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə A.Əhmədli öz repertuardakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnılarını da səsləndirəcək.
Biletləri şəhərin bütün kassalarından, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindəki kassalardan əldə etmək olar.

Musiqi 2023-02-22 16:44:56