×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 50,2 faizi sənaye və tikintiyə sərf olunub

Bakı, 21 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 44,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 35,8 faizi sənaye, 14,4 faizi isə tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə sözügedən vəsaitin 1,8 faizi informasiya və rabitə, 1,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, hər birində 0,5 faiz olmaqla ticarət; nəqliyyat vasitələrinin təmiri, maliyyə və sığorta fəaliyyəti, 0,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

Tikinti̇ 2023-02-21 11:15:00