×
A
A
A
Sazlamalar

Ötən il Bakıda əsas kapitala 10 milyard manatdan çox vəsait yönəldilib

Bakı, 8 fevral, AZƏRTAC

2022-ci ildə Bakı şəhərində əsas kapitala 10 milyard 203 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox vəsait yönəldilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 5 milyard 947,5 milyon manatı və ya 58,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Tikinti̇ 2023-02-08 16:36:00