×
A
A
A
Sazlamalar

Türkiyənin məşhur müğənnisi Koray Avcı Bakıda konsert verəcək

Bakı, 3 fevral, AZƏRTAC
Martın 5-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Koray Avcının konserti olacaq.
AZƏRTAC xəbər verir ki, qısa zamanda böyük pərəstişkar kütləsi toplayan, mahnıları dildən-dilə dolaşan və özünəməxsus səs sahibi olan müğənni ən sevilən musiqiləri ilə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqi 2023-02-03 12:09:36