AAYDA həftə ərzində yol infrastrukturu ilə bağlı gördüyü işləri açıqlayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həftə ərzində (24 –30 yanvar) respublika ərazisində yol infrastrukturunun bərpası və təmiri sahəsində görülən işlər açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, sözügedən müddətdə Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri davam edib, Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi bərpa olunub, Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edib.
Eyni zamanda, Şabran rayonunda 3 kilometr uzunluğa malik Təzəkənd yolunun yenidən qurulması davam etdirilib, Füzuli küçəsinin 232 metrlik hissəsində təmir işləri artıq tamamlanıb.
İmişli rayonunda 43.5 kilometr uzunluğa malik yolların yenidən qurulması davam edir
Azərbaycan Höküməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında saziş imzalanıb
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər
Yanvarda metallurgiya sənayesində 71,1 milyon manatlıq məhsul istehsal olunub