×
A
A
A
Sazlamalar

Azadlıq prospektinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rahat gediş-gəlişin təmin olunması məqsədilə paytaxtın Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissələrində təmir işləri aparır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.
Təmir işləri çərçivəsində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində müvafiq işlər yekunlaşdırılıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində bu istiqamətdə təmir işləri icra olunur.
“İnşaat Norma və Qaydaları”na əsasən və tərtib edilmiş qrafikə uyğun aparılan təmir işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.

Tikinti̇ 2023-01-23 17:02:00

Video