×
A
A
A
Sazlamalar

Orqan musiqisi axşamı

Bakı, 21 yanvar, AZƏRTAC

Yanvarın 27-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Orqan musiqisi axşamı” adlı konsert proqramı təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, dirijor Üzeyir Məmmədovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin (solistlər Natəvan Quliyeva və Şəfəq Abdullayeva) ifasında dünya klassik musiqi nümunələri təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqi 2023-01-21 11:19:47