×
A
A
A
Sazlamalar

Qanlı Yanvar – tariximizin qəhrəmanlıq səhifəsi

Bakı, 18 yanvar, AZƏRTAC

Hüseyn Cavidin ev-muzeyində “20 Yanvar - tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Məktəblilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən 20 Yanvar hadisələrinin şahidləri imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdikləri qanlı faciələrdən danışıblar. Vurğulanıb ki, 20 Yanvar xalqımızın qan yaddaşından heç zaman silinməyəcək. Şəhidlərin əziz xatirəsi daim uca tutulacaq.
Sonra Qanlı Yanvar gecəsinə həsr olunan sərgi və videoçarx nümayiş etdirilib.

Elm və təhsil 2023-01-18 17:52:00