×
A
A
A
Sazlamalar

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Türkiyənin Ege Universitetində olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Ege Universitetinin rektoru professor Necdet Budakla görüşdə iki ali təhsil müəssisəsi arasında qida mühəndisliyi ixtisası üzrə ötən ildən başlanılmış ikili diplom proqramı ilə bağlı yekun məsələlər müzakirə olunub.
İkili diplom proqramına əsasən, I kursu bitirmiş UNEC tələbələri II və III kursda Ege Universitetində təhsil alacaqlar.
UNEC-in nümayəndə heyəti Ege Universitetinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının fəaliyyət prinsipləri ilə də tanış olublar.
Səfər çərçivəsində rektor Ədalət Muradov İzmir İqtisadiyyat Universitetinin rektoru professor Yusuf Hakan Abacioglu ilə də görüşüb. Görüşdə iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunaraq müvafiq qərarlar verilib.
UNEC nümayəndələri Ege Universiteti rektorunun dəvətinə əsasən Turan Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimində də iştirak ediblər.

 

Elm və təhsil 2024-05-06 12:07:00