×
A
A
A
Sazlamalar

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “Baku Marriott Boulevard” hotelin struktur rəhbərlərinin təqdimatında məlumat sessiyası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə hotelin baş meneceri Elşən Qurbanəliyev, insan resursları üzrə meneceri Əzizə Əsgərova və koordinator Fidan Məmmədova qurumun infrastrukturundakı əhəmiyyətli yeniliklərdən, o cümlədən prioritet məsələlərdən ətraflı bəhs ediblər. İşə qəbul mərhələsində tələbə namizədlərdən tələb olunan başlıca keyfiyyət amilinə peşəkar münasibət sərgiləyən qurum təmsilçiləri Qafqazın ən böyük hoteli - “Baku Marriott Boulevard”ın qonaqpərvərlik sənayesində ən yüksək statusu hədəfləmək iddiasında olduğunu bildiriblər.
Məlumat sessiyası fikir mübadiləsi ilə yekunlaşıb.

Elm və təhsil 2024-05-06 12:27:00