×
A
A
A
Sazlamalar

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-na olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 min 337 uşaq üçün elektron sistem vasitəsilə sorğu yerləşdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 2 min 169 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 943-ü alternativ qeydiyyat mərkəzlərində, 57-si onlayn alternativ qeydiyyat mərkəzlərində vatsap müraciətləri), 880-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 289 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.
Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər xidmət göstərilir. Valideyn alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin onlayn alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir. Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap (+994 70 996 76 63, +994 70 996 36 62, +994 70 996 46 68) vasitəsilə müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri kömək göstərilir.

Elm və təhsil 2024-05-06 12:55:00