×
A
A
A
Sazlamalar

Türkiyənin sevilən müğənnisi Ferhat Göçer yenidən Bakıda

Bakı, 5 yanvar, AZƏRTAC

Fevralın 14-də Heydər Əliyev Sarayında Türkiyənin sevilən müğənnisi Ferhat Göçerin konserti təşkil olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqi 2023-01-05 11:26:49