×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Simfonik Orkestri Filarmoniyanın səhnəsində çıxış edəcək

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 13–də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə keçiriləcək konsert proqramında orkestrin gənc solistlərinin ifalarında Avropa bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi nömrələri səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Musiqi 2023-01-04 11:38:25