×
A
A
A
Sazlamalar

“Baksol yolu”nun əsaslı təmiri yekunlaşıb VİDEO

Bakı, 19 dekabr, AZƏRTAC

Dövlətimizin başçısının tapşırığı əsasında vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol yolu” adlanan avtomobil yolunun əsaslı təmiri yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 3,21 kilometr uzunluğa malik “Baksol yolu” mərhələli şəkildə təmir olunub.
Xatırladaq ki, sözügedən yolda asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə sözügedən problem tam olaraq aradan qaldırılıb.
Layihəyə uyğun olaraq, yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu, yeni səki daşlarının düzülməsi və köhnə asfalt örtüyünün frezlənməsi, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.
Qeyd olunub ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

 

Tikinti̇ 2022-12-19 19:06:00

Video