×
A
A
A
Sazlamalar

Hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecədən dekabrın 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırılması üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları, həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2022-12-19 14:38:00