×
A
A
A
Sazlamalar

Azərbaycanda tikinti materiallarının istehsalı artıb

Bakı, 17 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 994,9 milyon manat olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artım olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz artıb.

Tikinti̇ 2022-12-17 10:44:00