×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitlərin 73,5 faizi tikinti-quraşdırma işlərinə xərclənib

Bakı, 13 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 10 milyard 81 milyon manatını və ya 77,2 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 9 milyard 596,1 milyon manatı və ya 73,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 48,4 faiz, büdcə vəsaitləri 37,3 faiz, əhalinin şəxsi vəsaitləri 7,8 faiz, bank kreditləri 2,7 faiz, digər vəsaitlər isə 3,8 faiz təşkil edib.

 

Tikinti̇ 2022-12-13 15:55:00