×
A
A
A
Sazlamalar

“Baksol” yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı, 13 dekabr, AZƏRTAC

Dekabrın 16-sı saat 10:00-dan dekabrın 18-si saat 22:00-dək paytaxtın Binəqədi rayonu ərazisindəki “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2022-12-13 15:07:00